"Kaspi" Liseyində (Bakıxanov) "Əbədiyyət Yolçuları" adlı tədbir keçirilmişdir 19.01.2016

19.01.2016 tarixində “Kaspi”  liseyində (Bakıxanov)  20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq “Əbədiyyət Yolçuları” adı altında tədbir keçirilmişdir.

   Tədbirdə “Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev, şagirdlər , müəllimlər və valideyinlər iştirak etmişdirlər.
Tədbir 1 dəqiqəlik sukut və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuşdur. 
  Tədbirin açılış nitqini liseyin şagirdləri etmişdirlər. Şagirdlər 20 Yanvar faciəsi haqqında məlumatlar vermişdirlər.
Tədbirin davamında şagirdlər matəm günü ilə bağlı vətənə , şəhidlərə dair mahnı və şeir ifaları söyləmişdirlər. Həmçinin Şəhidlər xiyabanında şəhidlərimizə dair çəkdikləri video sujeti nümayiş etdirmişdirlər. 
  Tədbirin sonunda kürsüyə liseyin direktoru Tural Əliyev dəvət olunmuşdur. 
Tural Əliyev ilk öncə tədbirdə iştirak edən müəllimləri və valideyinləri salamlamışdır. Sonra isə şagirdlərə 20 Yanvar faciəsi haqqında məlumatlar vermişdir. Tural Əliyev: «Allah şəhidlərimizə rəhmət etsin , faciənin üzərindən 26 il ötməsinə baxmayaraq sanki dünən yaşanmışdır» deyə qeyd etmişdir. Həmçinin T.Əliyev şagirdlərə « Biz bu faciələr vaxtı sizin  yaşınızda idik . Tanklarıda gördük , gecə vaxtı atılan avtomatların səsini də eşitdik! Lakin siz əmin –amanlıq dövründə yaşayırsınız və bunun qədrini bilin. Üzərinizdə daima çalışın. Təhsilinizi artırın. Dərslərinizlə ciddi şəkildə məşğul olun çünki inkişafın , özünü sübutun bir yolu var oda oxumaqdır , təhsildir!» deyə bildirmişdir.
  Və sonda tədbirdə iştirak etdiklərinə görə müəllimlərə və valideyinlərə təşəkkürünü bildirmişdir.