Tələbə adını qazanmaq istəyənlər üçün - Təkliflər

       

Ölkəmizdə ali məktəblərə qəbul imtahanları yaxınlaşır. Bu, tələbə adını qazanmaq istəyən abituriyentlər üçün xüsusən həyəcanlı bir dövrdür. Həyəcan özünü ən lazımsız vaxtda (yəni imtahan zamanı) ən gözlənilməz formada göstərə bilər. Həqiqətən də bir çox hallarda yetərincə bilik səviyyəsi olan şagirdlər imtahan zamanı lazımi nəticə göstərə bilmirlər. Bəs bu problemi necə həll etməli? İmtahan zamanı özünü itirməmək, sualları cavablandıran vaxt fənlərə əhəmiyyət əmsalına görə səmərəli yanaşmaq, vaxtdan düzgün istifadə etmək, suallarda istifadə olunan tələlərə düşməmək üçün nə etmək lazımdır ki, abituriyent imtahanda yüksək nəticə göstərə bilsin?

”Qafqazinfo” xəbər verir ki, uzun zamandır abituriyent hazırlığı ilə peşəkar səviyyədə məşğul olan “Kaspi-Abituriyent”in ekspertləri öz təcrübələrinə əsaslanaraq qeyd edilən problemlərin həlli yollarını təklif edirlər.

Onların fikrincə, imtahana hazırlıq müddətində abituriyentlər mütləq bunları nəzərə almalıdır:

1. Dərsdən sonra təzəcə keçilmiş materialı dərhal təkrarlamalı
2. Dərs oxumaq üçün rahat, işıqlı və sakit yer seçilməlidir ki, diqqəti dərslərdən heç bir şey yayındırmasın
3. Hər bir material başa düşülərək oxunmalıdır ki, yadda qalsın
4. Gündəlik olaraq bilik artırılmalı; hər gün proqramdan bir hissə öyrənilməlidir ki, oxunmamış dərs materialı yığılmasın
5. Material oxunub qurtardıqdan sonra müvafiq testlər vasitəsilə zəif nöqtələr üzə çıxarılmalı
6. Oxuma müddətində arabir qısa fasilələr verilməlidir ki, öyrənilən material yadda qalsın.

Bununla yanaşı, gecələr yuxusuz qalıb dərs etmək böyük yorğunluğa gətirib çıxara bilər. Nəticədə abituriyent ən məsuliyyətli məqamda öyrəndiklərini də unuda bilər. Xüsusən imtahana az vaxt qalmış gərginlik və stres yaradan şeylərdən uzaq durmalı, müsbət və şən əhval-ruhiyyəyə köklənilməlidir.

Abituriyent həm oxuyarkən, həm də test işlərkən tələsməməli, öyrəndiyi məsələni anlamağa çalışmalıdır. Əgər o, imtahana tək deyil, digər şəxslərlə birgə hazırlaşırsa, hazırlığı ciddiyə almayan yoldaşlarından kənar durmalıdır. Ən əsası isə testdən zəif nəticə yığdıqda həvəsdən düşməməli, zəif tərəfləri aşkar edib onları gücləndirmək istiqamətində işləməlidir.

Hazırlıq prosesində daim bu məsələləri diqqətdə saxlayan “Kaspi” abituriyentlərin imtahanda yüksək nəticə göstərməsi üçün peşəkar pedaqoq, test texnoloqları və psixoloqlarla birgə hər il fevral ayından etibarən xüsusi fəaliyyət planı əsasında intensiv hazırlıq işləri həyata keçirir. Bu fəaliyyət biliklərin möhkəmləndirilməsi, test vərdişlərinin təkmilləşdirilməsi və test işləmə texnologiyasının sirlərinin şagirdlərə öyrədilməsi, imtahana psixoloji hazırlıq, tədris proqramının effektiv təkrarı kimi mövzuları əhatə edir.

Bu ilin fevral ayından isə “Kaspi Abituriyent” kurslarında imtahana effektiv hazırlığı təmin etmək istiqamətində xüsusi fəaliyyət proqramı işə başlayacaq. İmtahan stresinin aradan qaldırılması, imtahana psixoloji hazırlıq, imtahan vaxtının düzgün idarə edilməsi, proqramın təkrarı prosesinin düzgün təşkili, test hiylə və tələlərinin izahı kimi mövzular üzrə abituriyentlər üçün seminarlar təşkil ediləcək. Bununla bərabər test vərdişlərinin təkmilləşdirilməsi məqsədilə kurslarda test işləmə və təhlili üçün dərs saatları artırılacaq. Həmçinin, www.kaspitest.com internet portalı vasitəsilə abituriyentlər evdən ayda iki dəfə TQDK-nın qəbul standartları əsasında hazırlanmış real imtahan rejimində əlavə sınaq imtahanı vermək və cavablarını təhlil etməklə biliklərini inkişaf etdirmək imkanı əldə edəcəklər.

“Kaspi” Təhsil Şirkətinin abituriyentlər üçün daha bir şad xəbəri ondan ibarətdir ki, yuxarıda qeyd edilən seminar məlumatları Şirkətin internet səhifəsində (www.kaspi.edu.az) paylaşılacaq. Eyni zamanda, www.kaspitest.com səhifəsində olan sınaq imtahanları ayda bir dəfə bütün abituriyentlər üçün açıq olacaq.

Əminik ki, gənclərimiz üçün həyati əhəmiyyət kəsb edən, onların peşə istiqamətini müəyyən edəcək ali məktəbə qəbul imtahanlarına hazırlıq prosesi “Kaspi-Abituriyent”in dəstəyi ilə daha rahat keçəcək və müvəffəqiyyətli sonluqla nəticələnəcəkdir.

http://www.qafqazinfo.az/xeber-1/telebe-adini-qazanmaq-isteyenler-ucun-teklifler-134388