Nəriman Həsənzadə ilə "Milli Yaddaş" layhiyəsi adı altında tədbir.

          

16 Oktyabr 2015-ci il tarixində , saat 14:00 –da  “Kaspi ” liseyində (Bakıxanov ünvanında) “Milli yaddaş ”layhiyəsi adı altında tədbir keçirilmişdir. Tədbirdə Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva , Kaspi liseyinin direktoru Tural Əliyev və digər əməkdaşları , həmçinin akademik , fərdi prezident təqaüdçüsü Nəriman Həsənzadə , Yazıçılar Birliyinin üzvü, şair Dayandur Sevgin iştirak etmişdirlər.
   
 Tədbirin açılış nitqini söyləyən Kaspi Təhsil Şirkətinin təhsisçisi Sona Vəliyeva tədbirdə iştirak edənləri salamlamış və akademik Nəriman Həsənzadəyə tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirmişdir. Natiq həmçinin çıxışında : Nəriman Həsənzadənin yaradıcılığı təpədən dırnağa Azərbaycanın tarixi yaddaşıdır. Onun insanlığa, yurda, torpağa, Vətənə, dilə, Anaya münasibətidir. Nəriman Həsənzadənin poeziyası başdan ayağa səmimiyyətdən yoğurulub. Səmimiyyətdən doğulan poeziya isə tarixi, əbədiyaşar pasport alır. Ola bilsin ki, bu görüş Nəriman Həsənzadənin aləmində adi bir görüşdür. Bizim üçün isə dərsdir. Milli yaddaş dərsidir. 

     Sonra isə Yazıçılar Birliyinin üzvü, şair Dayandur Sevgin nitq söyləmək üçün kürsüyə dəvət olundu. Xalq şairi ilə bağlı xatirələrini bölüşən şair, Dayandur Sevgin Nəriman Həsənzadəni həyatın dibindən gəlmiş insan adlandıraraq onun bütün çətinliklərdən keçdiyini bildirdi: “Nəriman müəllim çox əziyyətlər çəkib, ancaq onun poeziyası insanlığa, səmimiyyətə köklənib: «Nəriman Həsənzadənin poeziyasında hər şey - Vətənə, insana, təbiətə, dosta sevgi var. Nəriman Həsənzadə gözəl dostdur. O, böyüklə böyük, kiçiklə kiçikdir. Bu gözəl hislər onun poeziyasında da yer alıb. Buna görə də Nəriman Həsənzadənin poeziyası sevilir».

Nəriman Həsənzadə təşkil edilən görüşə görə KTŞ-nin rəhbərliyinə təşəkkürünü dilə gətirdi. Şagird və müəllim kollektivi üçün keçdiyi ömür yolunu vərəqləyən şair həyatda kədər də, sevinc də yaşadığını, ancaq qarşısına çıxan yaxşı insanlara arxalandığını, yaxşılıqlardan ilham aldığını söylədi: “Dünya çox amansızdır. Atamı uşaqlıqda – 1 yaşım olanda, anamı da 23 yaşımda itirdim. Heç kimim yox idi. Ancaq qabağıma çıxan yaxşı adamlar mənə ata əvəzi oldular. Çünki onlar böyük şəxsiyyətlər idi. Mən Mircəlal Paşayevin tələbəsi idim. O, oğluna aldığı evi mənə verdi. Mən hazırda o evdə yaşayıram. Düzdür, mənə də ev vermişdilər. Bunda isə Nazim Hikmətin rolu olmuşdu. Mənim onunla bağlı çoxlu xatirələrim var. Sonradan oğlumun adını da Nazim qoydum. O, rəhmətə gedəndə oğlum dünyaya gəldi. Mən həmin evi Xəlil Rza Ulutürkə bağışladım. Çünki o ailəli idi və evi yox idi. Mən balaca bir qəsəbədə anadan olmuşam. Amma gəlib ölkənin Xalq şairi oldum. Ulu öndər həmişə bizi özü ilə görüşlərə aparırdı. O, mənim əsərim əsasında hazırlanan «Atabəylər» tamaşasına gəlmişdi. O, bizi yetişdirdi». Şairliyin asan olmadığını bildirən N.Həsənzadə bu şöhrəti qazanmaq üçün ömrün nərdivanında pillə-pillə, çətinliklə irəlilədiyini dedi: «Mən əziyyət çəkə-çəkə gəlib bu yaşa çatmışam».

   Liseyin şagirdləri Nəriman Həsənzadənin sözlərinə yazılmış mahnını və onun şeirlərini ifa etdilər. Şair həmçinin, şagirdləri maraqlandıran sualları cavablandırdı. Uşaqların «Həyatınızda üzləşdiyiniz ən çətin məqam hansı olub?», «İlk şeirinizi nə zaman yazmısınız?» «Həyatda qarşınıza yalnız yaxşı insanlar çıxıb?», «Ən çox hansı əsərinizi sevirsiniz?», «Həyatda itirdikləriniz çoxmu olub?», «Necə oldu ki, şeir yazmaq istədiniz?» və s. kimi sualları həvəslə cavablandırdı. Şagirdlərdən birinin «Qocalmaqdan qorxursunuzmu?» sualına isə «Yaş ötüb, saça dən düşüb» - deyə yazan şairin orijinal cavabı eşidildi: «Bu barədə düşünməmişəm heç…» 
   Tədbirin sonunda Kaspi liseyinin direktoru Tural Əliyev çixiş etmişdir, və “Milli Yaddaş ”  lahiyəsinə vermiş olduğu  töhvəyə görə şairə minnətdarlığını bildirmişdir.