Abituriyentlər üçün ixtisas seçimini edəcək yeni veb səhifə istifadəyə verildi!

İxtisas seçimi, universitet seçimi, ödənişin məbləği, əyani yoxsa qiyabi təhsil forması ? Bütün abituriyentləri narahat edən bu sualların cavabları artıq ABİTURİYENT.NET veb səhifəsində verilib!
Ölkə abituriyentlərinin istifadəsinə verilən ABİTURİYENT.NET saytı ixtisas seçimi, seçilən ixtisasa uyğun universitetin tapılmasını artıq abituriyentlərin əvəzinə edir.
Belə ki, sayta daxil olan abituriyent, ilk növbədə ixtisas qrupunu və qəbul imtahanında topladığı balı müvafiq xanalara doldurur, ardınca onun qarşısına balına uyğun olaraq respublikada olan bütün universitet və ixtisaslar çıxır və  bununla da abituriyent rahat bir şəkildə seçimini edir.
Lakin veb səhifənin imkanları bununla məhdudlaşmır. Əlavə olaraq,  gələcək tələbə, əgər istəyərsə, öz istəklərini bir az da qətiləşdirərək, seçimini daha dəqiq müəyyən edə bilər. Misal üçün, veb səhifədə şəhər üzrə, təhsil və ödəniş forması üzrə, təhsil dili, bundan başqa yalnız universitetlər üzrə və s. seçimlər etmək mümkündür. Bütün dəqiqləşdirmələr aparıldıqdan sonra sayt abituriyentə, onun daxil etdiyi kriteriyalar əsasında respublika üzrə seçimləri təqdim edir və beləliklə, abituriyent özü-özlüyündə artıq qərarını vermiş olur. Bu saytın sayəsində artıq abituriyentlərimiz əlavə həyəcan keçirməyəcəklər, ən əsası isə onların seçimləri təxmini şəkildə, həmçinin keçmiş illərin təcrübələrinə dayanaraq, gümanlar əsasında deyil, ən dəqiq və doğru göstəricilər əsasında baş tutacaq.
Qeyd edək ki, bu proqramda əks olunan məlumatlar Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent N2” jurnalı və ölkədə fəaliyyət göstərən bütün ali məktəblərin təqdim etdiyi məlumatlar əsasında tərtib olunub.
Respublikamızın bütün abituriyentlərini bu saytdan faydalanmağa çağırır, seçimlərini də ABİTURİYENT.NET - ə etibar etməyə dəvət edirik!
Veb səhifədən istifadə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://www.abituriyent.net/site/