İlk "Kaspi" təqaüdünü Vahab Cəbrayılov aldı!

Kaspi Abituriyent kurslarının məzunu Vahab Cəbrayılov 700 bal toplayaraq "Kaspi" Təhsil Şirkəti tərəfindən təsis edilən "Kaspi" tələbə təqaüdünü qazanan ilk tələbə oldu. Belə ki, o, tələbə olduğu 4 il müddətində bu təqaüdü alacaq. 
Qeyd edək ki, bundan sonra da Kaspi Abituriyent kurslarımızda təhsil alan və ən yüksək nəticəni göstərən abituriyentlər də bu təqaüdü ala biləcəklər.