"Mən oyuncağımı paylaşıram" kampaniyasına yekun vuruldu

“Kaspi” təhsil şirkətinin,  4-6 yaş arası uşaqların məktəbəqədər hazırlığı ilə məşğul olan “Kaspi Kids” şöbəsi fəaliyyətə başladığı gündən etibarən uşaqların iştirakı ilə sosial yönümdə müxtəlif fəaliyyət növləri həyata keçirmişdir və bu il də bu fəaliyyətini davam etdirməkdədir. Kaspi Kids azyaşlı uşaqların hazırlığı ilə məşğul olan bir müəssisə olaraq məhz uşaqlara xeyriyyə hissinin  aşılanması, onlarda paylaşmaq, bölüşmək kimi keyfiyyətlərin formalaşdırlıması məqsədi ilə xeyriyyə aksiyası keçirmişdir. Belə ki, 25 may – 1 iyun tarixləri arasında “Mən oyuncağımı paylaşıram” adlı xeyriyyə kampaniyasında məhz  “Kaspi Kids” də təhsil alan şagirdlərin və onların valideynlərinin dəstəyi ilə toplanılan oyuncaqların kimsəsiz uşaqlara, o cümlədən aztəminatlı ailələrin uşaqlarına paylanılmasına başlanılmışdır. Qeyd edək ki, kampaniya təkcə Bakı şəhərini deyil, həm də Ağdam rayonu, Mingəçevir, Bərdə şəhərlərində yerləşən “Uşaq və ailələrə dəstək” mərkəzlərini nəzərdə  tutur.  Hal-hazırda “Ümid yeri” sığınacaq mərkəzində tədbiri reallaşıdran Kaspi Kids kollektivi bundan sonra da xeyriyyə aksiyaları keçirməyə, körpələri sevindirməyə çalışacağını vəd etmişdir.