Kaspi Polygot

Kaspi Polyglot şöbəsi 2007-ci ildən fəaliyyətə başlayıb. Polyglot şöbəsi İngilis və Rus dillərinin bütün yaş qrupları üzrə tədrisini həyata keçirir. Əlavə olaraq müxtəlif şirkətlərin və təşkilatların əməkdaşları üçün də ingilis və rus dilləri üzrə təlimlər təşkil edir. "Kaspi" Təhsil Şirkətinin bu məhsulu 11 filial və 1 nümayəndəlikdə təqdim olunur.

Kaspi Polyglot ingilis və rus dilləri üzrə aşağıdakı proqramları həyata keçirir:

1. Bütün yaş qrupları üzrə ingilis / rus dili:

  • Uşaqlar üçün ingilis / rus dili
  • Məktəb yaşlı uşaqlar üçün ingilis / rus dili
  • Böyüklər üçün ingilis / rus dili

2. Akademik ingilis / rus dili:

  • IELTS / TOEFL kursları
  • IELTS / TOEFL sınaq imtahanları
  • Akademik rus dili kursu
  • İngilis / rus dilləri üzrə sertifikat imtahanları

3. Korporativ təlimlər

  • Müxtəlif şirkətlərin öz ofislərində ingilis / rus dili təlimləri
  • Kaspi Polyglot-un filiallarında ingilis / rus dili təlimləri

Kaspi Polyglot-un 2007 / 2017 -ci illər üzrə nailiyyətləri:

  • 2007 / 2017 -ci illər ərzində 10000-ə yaxın tələbə Kaspi Polyglot kurslarının ingilis və rus dilləri üzrə müvafiq proqramlarını tamamlayaraq Kaspi sertifikatı əldə etmişlər.
  • Fəaliyyət göstərdiyi 10 il ərzində 500 nəfərdən çox Kaspi Polyglot tələbəsi rəsmi TOEFL və IELTS imtahanlarında yüksək nəticə göstərmişlər.
  • Bu illər ərzində 200 nəfərdən çox tələbə üçün "London School of English" və "English in Action" beynəlxalq ingilis dili məktəbləri ilə birgə Yay məktəbləri təşkil edilmişdir.
  • 2012-ci ildə Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinə hazırlıq məqsədilə 300 nəfərdən çox polis əməkdaşı və 6 il ərzində Azercell Telekom MMC ilə birgə keçirdiyimiz layihə çərçivəsində 100 nəfərdən çox jurnalist ingilis dili təlimlərini bitirərək Kaspi sertifikatı qazanmışdır.
  • Kaspi Polyglot-un ingilis dili kursları 2013-cü ildən etibarən Cambridge English Language Assessment-in (CELA) Azərbaycandakı rəsmi nümayəndəsidir. Hal-hazırda Kaspi Polyglot-un tələbələri öz biliklərini Cambridge imtahanları ilə yoxlayaraq, həmin mərkəzin beynəlxalq sertifikatını əldə edə bilirlər.
  • Kaspi Polyglot-un rus dili kursları 2016-cı ildən etibarən Sankt- Peterburq Dövlət Qulluğu Akademiyasına qəbul olan azərbaycanlı tələbələrin 1 illik rus dili hazırlığının təşkili üzrə Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir.

Kaspi Polyglot-un uğurlarının əsas səbəbləri:

  • Xarici dillərin müasir metod və üsullarla tədrisini təşkil edə bilən yerli və əcnəbi müəllimlərdən ibarət peşəkar komanda
  • CELA-nın proqramı əsasında təşkil olunan ingilis dili proqramları
  • Bu şöbəmizdə çalışan müəllimlərin Bakı şəhərində TKT beynəlxalq ingilis dili müəllimliyi təlimini keçərək bu sertifikatları əldə etmək imkanının olması
  • Hər bir yaş qrupu üzrə xüsusi proqramın olması və onların ölçmə-qiymətləndirmə prosesinin həmin yaş qrupuna uyğun təşkil edilməsi
  • Xarici dillərin tədrisi zamanı dil üzrə 4 əsas (Danışıq, dinləmə, oxu və yazı) bacarığın paralel olaraq inkişaf etdirilməsi.

BU MƏHSULDAN FAYDALANMAQ ÜÇÜN AŞAĞIDAKI FİLİALLARIMIZA MÜRACİƏT EDƏ BİLƏRSİNİZ.

ADI TELEFON ÜNVAN XƏRİTƏDƏ GÖSTƏR ƏTRAFLI
Elmlər (012) 510 70 42, (055) 400 32 11 Mətbuat pr. 25 Xəritədə göstər Ətraflı
Əhmədli (012) 370 74 01 - abituriyent, (055) 515 78 78 - bağça Əhmədli qəs. Əhmədli küç. 9 Xəritədə göstər Ətraflı
Sumqayıt (018) 657 50 21, (070) 644 39 49 10-cu mkr. Koroğlu küç. 65/66 ("Arzu" şadlıq evinin yanı) Xəritədə göstər Ətraflı
Gəncə (022) 267 01 81, (070) 267 01 81 Gəncə şəhəri, Əhməd Cəmil küç 1. Döngə 3 Xəritədə göstər Ətraflı
Xətai (012) 480 31 68, (050) 390 51 02 Xocalı küç. 29 Xəritədə göstər Ətraflı
Nərimanov (012) 480 41 96, (070) 380 41 96 Əhməd Rəcəbli küç.29 Xəritədə göstər Ətraflı
Nəsimi (012) 565 58 93, (055) 565 58 93 Y. V. Çəmənzəminli 11F Xəritədə göstər Ətraflı
Masazır (012) 480 49 14, (070) 380 49 14 "Yeni Bakı" yaşayış massivi 1E Xəritədə göstər Ətraflı
Mikrorayon (012) 480 09 84, (055) 525 31 32 4-cü mkr., 20 Yanvar küç. 35 Xəritədə göstər Ətraflı
Bayıl (012) 581 59 15, (070) 581 59 15 Yeni Salyan yolu 22, (Jurnalistlərin binasının 1-ci mərtəbəsi) Xəritədə göstər Ətraflı