Kaspi Uşaq Bağçası

Kaspi Uşaq Bağçası 2014-cü ildən fəaliyyətə başlayıb. Hal-hazırda "Kaspi" Təhsil Şirkətinin tərkibində Kaspi Uşaq Bağçası Ağ Şəhər filialı, Bakıxanov filialı, Əhmədli filialı, Sumqayıt filialı və Kaspi Beynəlxalq Uşaq Bağçası fəaliyyət göstərir. Bağçanın missiyası sağlam düşüncəyə və yüksək dəyərlərə malik gələcəyin başlanğıcını qoymaqdır. Bağçada uşaqların intellektual, fiziki, psixoloji, sosial-emosional və estetik inkişafının əldə edilməsi üçün yaradıcı və sağlam rəqabətli mühit yaradılır, onlarda təhsilə maraq oyadılır, müstəqil düşünmək və problem həll etmək vərdişləri aşılanır, onların hisslərinin və həyati bacarıqlarının formalaşmasına təsir göstərilir.

Fəaliyyət göstərdiyi müddət ərzində yüzlərlə Kaspi Uşaq Bağçası məzunu ölkəmizin nüfuzlu orta məktəblərinə, lisey və gimnaziyalarına müvəffəqiyyətlə qəbul olmuşdur. Həmin şagirdlər hal- hazırda da Kaspi Uşaq Bağçasının məktəbəhazırlıq proqramının qoyduğu güclü baza əsasında təhsillərini yüksək səviyyədə davam etdirirlər.

Kaspi Uşaq Bağçasının bütün tədris proqramları Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələb və normativlərinə tam uyğun şəkildə tərtib olunmuş və bu proqramın təkmilləşdirilməsində dünya təhsil sistemlərinin qabaqcıl innovasiyalarından geniş istifadə olunmuşdur.

Bağçada tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə aşağıdakı istiqamətlərdə aparılır:

  • 3-4 yaşlı uşaqların 3 illik tədris proqramı əsasında məktəbəqədər hazırlığı
  • 4-5 yaşlı uşaqların 2 illik tədris proqramı əsasında məktəbəqədər hazırlığı
  • 5-6 yaşlı uşaqların 1 illik tədris proqramı əsasında məktəbə hazırlığı

Kaspi Uşaq Bağçasının üstünlükləri:

  • Uşaqların sağlam qidalanması məqsədi ilə təbii məhsullardan və təzə ərzaqlardan hazırlanan menyu və həkim nəzarəti.
  • Yüksək səviyyədə təşkil olunmuş təhlükəsizlik tədbirləri
  • Hər bir fənnin tədrisində müasir ədəbiyyat və texnologiyalardan İstifadə edilərək uşaqların yaş səviyyələrinə uyğun qurulan məşğələlər
  • Xüsusi həssaslıqla seçilmiş peşəkar və qayğıkeş müəllim heyəti
  • Qruplarda hər bir uşağa fərdi yanaşmanı təmin edən müəllim, köməkçi müəllim və dayənin fəaliyyət göstərməsi
  • Uşaqların bilik və bacarıqlarının inkişafına yönəlmiş həftəlik tədris materiallarının hazırlanması
  • Uşaqların yaradıcılığını, təxəyyülünü formalaşdıran, onların gizli istedadlarını üzə çıxaran müxtəlif dərnəklərin təşkili
  • Bağça dövründə uşaqlar arasında əl qabiliyyəti, rəsm üzrə müxtəlif müsabiqələrin, bilik və bacarıq yarışlarının təşkili
  • Uşaqların sosial inkişafının və dünyagörüşünün artırılması məqsədilə təşkil edilən gəzintilər və sosial layihələr

Daha ətraflı məlumat üçün: http://www.kaspibagcasi.az

BU MƏHSULDAN FAYDALANMAQ ÜÇÜN AŞAĞIDAKI FİLİALLARIMIZA MÜRACİƏT EDƏ BİLƏRSİNİZ.

ADI TELEFON ÜNVAN XƏRİTƏDƏ GÖSTƏR ƏTRAFLI
Gənclik - Bağça (012) 561 50 37, (055) 561 17 37 Nərimanov ray. A. Gəraybəyli 23B Xəritədə göstər Ətraflı
Sumqayıt (018) 657 50 21, (070) 644 39 49, (070) 655 11 49 10-cu mkr. Koroğlu küç. 65/66 ("Arzu" şadlıq evinin yanı) Xəritədə göstər Ətraflı
Əhmədli (012) 370 74 05 abituriyent
(012) 370 74 03/08 kid, (070) 370 74 05 abituriyent
(070) 370 74 03/08 kid
Əhmədli qəs. Əhmədli küç. 9 Xəritədə göstər Ətraflı