Haqqımızda

Kaspi Təhsil Şirkəti

"Kaspi" Təhsil Şirkəti olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Kaspinin hədəfi Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən bir təhsil şirkəti kimi fəaliyyət göstərməkdir.

Milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan "Kaspi" Təhsil Şirkəti hal-hazırda vətəndaşlarımıza 3 istiqamətdə - "Kaspi" Təhsil Mərkəzləri olaraq 11 filial, 7 yerli nümayəndəlikdə, "Kaspi" Liseyləri olaraq 2 filialda və nəhayət "Kaspi" Uşaq Bağçaları olaraq 5 filialda xidmət göstərir.

Struktur