XƏBƏRLƏR

Heydər Əliyevin anım günü 11.12.2015

                                  

   11 Dekabr  2015 –ci il tarixində “Kaspi” Liseyində (Bakıxanov) ulu öndərimiz Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə, “Kaspi” təhsil şirkətinin təsissçisi Sona Vəliyeva, “Kaspi” təhsil şirkətinin  direktoru Elnur Əliyev,  Direktor müavinləri Aydın  Əliyev  və  Elşən Əliyev, “Kaspi” Liseyinin (Bakıxanov) direktoru Tural Əliyev , “Kaspi” Liseyinin (Xətai) direktoru Asif Əzizov iştirak etmişdirlər.
  Tədbirin açılış nitqini söyləyən  “Kaspi” təhsil şirkətinin təsissçisi Sona xanım Vəliyeva  əvvəlcə tədbirdə iştirak edənləri salamlamış, xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin haqqında fikirlərini bölüşmüşdür.  Həmçinin natiq bildirmişdir:  “Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.”
  Tədbirin davamında “Kaspi”liseyinin şagirdləri ulu öndərimizə dair  şeir ifaları,  mahnı ifaları və maraqlı səhnəciklər ilə çıxış etmişdirlər.

  Tədbirin sonunda “Kaspi” Liseyinin (Xətai) direktoru Asif Əzizov və “Kaspi” Liseyinin (Bakıxanov) direktoru Tural Əliyev  Heydər Əliyevin anım gününə həsr edilmiş inşa müsabiqəsinin qaliblərinə  diplomlarını təqdim etmişdirlər.
Xətai filialından inşa müsabiqəsində :


1-ci yeri Məmmədzadə Nilgün

2-ci yeri Məmmədzadə Tamerlan

3-cü yeri İsmayılzadə Humay

Bakıxanov filialından inşa müsabiqəsindən :


1-ci yeri Ləman Bağırzadə


2-ci yeri İlahə Həşimli


3-cü yeri Solmaz Ələsgərli qazanmışdırlar.
 

  

  

  

  

  

  

 

11.12.2015